Modern.az

“Azərpoçt”un müsabiqəsi başa çatıb, qaliblər açıqlanıb

“Azərpoçt”un müsabiqəsi başa çatıb, qaliblər açıqlanıb

3 Oktyabr 2011, 11:01

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti “Ən peşəkar  əməliyyatçı” və “peşəkar poçtalyon” adı uğrunda müsabiqəyə yekun vurub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin başlıca məqsədi öz sənətini sevən və bu sahədə bilik və bacarığı ilə fərqlənən, sənətinin sirləri ilə yaxından tanış olan, bu sənətin sahibi olması ilə fəxr edən, digər işçilərin öyrədilməsində fərqlənən əməliyyatçı və poçtalyonun müəyyənləşdirilməsi olub.

Müsabiqənin nəticələrinə əsasən,  “Ən peşəkar əməliyyatçı” adı uğrunda birinci yerə Bakının 1 saylı poçt filialının əməkdaşı Rəhmanova Rahilə layiq  görülüb. İkinci və üçüncü yerləri müvafiq olaraq Abşeron və Ağstafa poçt şöbələrinin operatorları Əhmədova Səyalı və İmanova Fazilə tutublar.

Ən peşəkar poçtalyon isə Bakının 1 saylı poçt filialından Rüstəmov Məmmədəli seçilib. Bu nominasiyada ikinci və üçüncü yerlərə müvafiq olaraq Neftçala və Abşeron rayonlarından Babayev Tərlan və Rəsulova Kəbirə layiq görülüblər. 

Qeyd edək ki, müsabiqə 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr edilib.

Poçt  filialları  tərəfindən  təqdim  edilmiş  namizədlərin seçilməsi “Poçt Qaydaları”na  riayət  olunmaqla  müsabiqə yolu ilə həyata keçirilib.

Qaliblər “Azərpoçt” MMC-nin “Fəxri Fərman”ı və  pul mükafatına layiq görülüblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...