Modern.az

Ərdoğanın anası əməliyyat olunub

Ərdoğanın anası əməliyyat olunub

3 Oktyabr 2011, 12:29


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anası öd kisəsi əməliyyatı keçirib. Modern.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğanın anası Tənzilə Ərdoğan sentyabrın 30-u qarın ağrısı və qızdırma şikayəti ilə xəstəxanaya müraciət edib.

İstanbul Medipol Xəstəxanasından verilən yazılı məlumat görə, Tənzilə Ərdoğan oktyabrın 1-i əməliyyat olunub. Bu gün isə reanimasiyaya yerləşdirilib.

Baş nazir Ərdoğan isə dünən iki dəfə xəstəxanada anasına baş çəkib. Məlumata görə, Ərdoğan xəstəxanada olduğu vaxt həyat yoldaşı Əminə Ərdoğan və qızı da ora gəlib. Ərdoğan təxminən saat yarım xəstəxanada qaldıqdan sonra qızı və həyat yoldaşı ilə birgə oranı tərk edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...