Modern.az

Allahşükür Paşazadə və Azərbaycan deputatları Ərdoğanın anasının dəfnində iştirak ediblər

Allahşükür Paşazadə və Azərbaycan deputatları Ərdoğanın anasının dəfnində iştirak ediblər

8 Oktyabr 2011, 22:58


Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyip Ərdoğanın anası Tənzilə Ərdoğanın vəfat etməsi səbəbilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri və Azərbaycan Respublikasının Türkiyəki səfiri Faiq Bağırov İstanbulda Fatih Məscidində cənazə mərasimində iştirak ediblər. Bu barədə Modern.az-a Azərbaycanın Ankaradakı səfirliyindən məlumat verilib.

Azərbaycandan gələn nümayəndə heyəti Prezident İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğana başsağlığı diləklərini çatdırıblar.

Qeyd edək ki, Rəcəb Teyyub Ərdoğanın anası Tənzilə Ərdoğan oktyabrın 8-də İstanbulda dəfn edilib. Tənzilə Ərdoğanın cənazəsi Karacaahmet məzarlığında torpağa tapşırılıb.
Tənzilə Ərdoğan oktyabrın 7-də 83 yaşında dünyasını dəyişib.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...