Modern.az

Azərbaycan boksçuları Londona 4 lisenziya qazandılar (FOTOLAR)

Azərbaycan boksçuları Londona 4 lisenziya qazandılar (FOTOLAR)

9 Oktyabr 2011, 13:10

Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompeksində keçirilən boks üzrə dünya çempionatı başa çatıb. Azərbaycan yığma komandası oki medal (1 qızıl və 1 gümüş) qazanaraq ümumi komanda hesabında üçüncü yeri tutub.
Bokçularımızdan Maqomedrəsul Məcidov (91 kq-dan çox çəki dərəcəsində) dünya çempionu olub, Teymur Məmmədov (91 kq) isə gümüş medal qazanıb.
M.Məcidov həm də çempionatın ən yaxşı boksçusu elan edilib. M.Məcidovun final görüşünü Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da izləyib.

Kimanda hesabında ukraynalılar birinci yeri tutublar (4 qızıl, 1 gümüş), kubalılar isə ikinci yeri tutublar (2 qızılı, 1 gümüş).
 
Dörd Azərbaycan idmançısı - Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Teymur Məmmədov (91 kq) və Maqomedrəsul Məcidov (91+) London Olimpiadasına lisenziyası qazanıblar.
 
Azərbaycanın “Baku Fires” peşəkar boks klubunun nümayəndəsi Soltan Migitinov (75 kq) isə 2012-ci il Olimpiadasına lisenziyanı bu çempionatdan əvvəl qazanıb.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu çempionatın yekununda mətbuat konfransı keçirib.
O, Bakı turnirinin təşkilindən razılıq edib.

AİBA rəhbəri BBC-nin Azərbaycan Boks Federasiyasına qarşı irəli sürdüyü rüşvət ittihamına da münasibət bildidb. O, vurğulayıb ki, “BBC Newsnight” proqramında bu televiziyanın nümayəndələri tərəfindən səslənmiş ittihamların təhqiq edilməsi üçün yaradılmış xüsusi təhqiqat komitəsinin üzvləri ilə görüş nəzərdə tutulub, lakin bu görüş baş tutmayıb: “BBC nümayəndə heyəti bizə faktlar təqdim etməli idi, lakin bu telekanalda səslənmiş ittihamlarla əlaqədar bizə heç bir fakt təqdim edilmədi. Buna görə də təhqiqat komitəsi BBC-nin nümayəndələri ilə əlaqə saxlamır”.






Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...