Modern.az

QHT Şurası müstəqilliyin bərpasının 20 illiyinə dair toplantı keçirəcək

QHT Şurası müstəqilliyin bərpasının 20 illiyinə dair toplantı keçirəcək

11 Oktyabr 2011, 10:42

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda dəyirmi masa keçirəcək.

Şuradan Modern.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan QHT sektorunun 20 il ərzində keçdiyi yol nəzərdən keçiriləcək, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunacaq.
Tədbirdə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olacaq. 

Dəyirmi masa 13 oktyabr 2011-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat prospekti 23A) keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...