Modern.az

Azərbaycanın "beyin mərkəzi" elan etdiyi müsabiqənin qaliblərini mükafatlandıracaq

Azərbaycanın "beyin mərkəzi" elan etdiyi müsabiqənin qaliblərini mükafatlandıracaq

11 Oktyabr 2011, 10:48

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı cari ilin mart ayında elan etdiyi ümumrespublika məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş qaliblərin mükafatlandırılması  mərasimini keçirəcək. Qurumdan Modern.az-a bildirilib ki, tədbir oktyabrın 13-də Bakıdakı "Hilton" otelində baş tutacaq.

Müsabiqə Azərbaycanda siyasət, tarix, hüquq, fəlsəfə, beynəlxalq hüquq və münasibətlər, iqtisadiyyat sahəsində təhsil alan gənclərin oxuduqları sahələrdə müstəqilliyin keçdiyi yola dair analitik təhlil  qabiliyyətlərinin, yeni istedadların aşkara çıxarılması  məqsədi ilə keçirilib.

Ümumrespublika müsabiqəsində Bakıda və regionlarda, eləcə də xaricdə ictimai və humanitar elmlər sahəsində təhsil alan bakalavr və magistrlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, millət vəkilləri, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin rektorları, elm və təhsil xadimlərinin iştirakı nəzərdə tutulub. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...