Modern.az

Bakcell abunəçilərindən üzr istəyib

Bakcell abunəçilərindən üzr istəyib

11 Oktyabr 2011, 15:24

Bu gün qısa  müddət ərzində Bakı şəhərinin cənub-qərb hissəsində yerləşən bəzi rayonlarında (Yasamal, Səbail, Qaradağ) Bakcell abunəçilərinə göstərilən xidmətlərdə müəyyən məhdudiyyətlər yaranıb. Bakcell şərkəti böyük məmnuniyyətlə bildirir ki, problemin müştərilərə təsiri minimuma endirilib və nasazlıqlar artıq aradan qaldırılıb. Nasazlıqların abunəçilərə təsirini məhdudlaşdırmaq üçün Bakcell şirkəti tərəfindən təcili  və effektiv tədbirlər görülüb.

"Bakcell şirkəti, göstərilən xidmətlərdə yaranmış məhdudiyyətlərlə üzləşən abunəçilərdən üzr istəyir və daimi dəstəyinizə görə Sizə təşəkkür edir"-deyə şirkət bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...