Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi ilə əlaqədar Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində silsilə tədbirlər keçirilməsinə davam edir.
İctimai Komitənin üzvü Sahib Məmmədov 7 oktyabr tarixində 7 və 11 saylı CÇM-lərdə “Dövlət müstəqilliyinin 20 ili və cəza sistemində islahatlar” mövzusunda məhkumlar üçün təqdimat keçirib.
Komitənin koordinatoru Əliməmməd Nuriyev 11 oktyabr tarixində 4 saylı CÇM və uşaq tərbiyə müəssisəsində Penitensiar Xidmətin əməkdaşları ilə birgə məhkumlarla görüş keçirib. Görüş zamanı Ə. Nuriyev “Müstəqilliyimizin 20 ili: nailiyyətlər və uğurlarımız” və “Dövlət müstəqilliyinin 20 ili və penitensiar sistemdə islahatlar” mövzusunda çıxış edib. Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.
Modern.az