Modern.az

Yeniyetmə və gənclərdə kütləvi aqressiya

Yeniyetmə və gənclərdə kütləvi aqressiya

11 Oktyabr 2011, 16:33

“Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərdə kütləvi aqressiyanın aradan qaldırılması, ictimai davranış və ünsiyyət mədəniyyəti üzrə kultroloji təlimlərin təşkili” layihəsi çərçivəsində Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbində marifləndirici seminar keçirib.

Seminarda layihənin koordinatoru Ceyhun Fəhradov çıxış edərək layihənin ictimai əhəmiyyətindən danışıb.

Layihənin eksperti, psixoloq Şahin Qədirov həssas və emosional təbəqə sayılan yeniyetmə  və gənclər arasında yayılan kütləvi aqressiyanın səbəbləri mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində ölkəmizin müharibə şəraitində olması və onun təsirləri, qaçqınlar və məcburi köçkünlər problemi, uğursuz ailələr, kənar mədəniyyətlərin sürətlə həyatımıza daxil olması, ailədə əxlaq, valideyin-övlad münasibətlərindəki çətinliklər, ailədaxili zorakılıq, küçə uşaqları, siqaret , içki, narkomaniya, cinayətkarlığa meyyllənən gənclər problemi və s. gənc nəslin davranışlarında disbalans yaradır ki, bu da yeniyetmə və gənclərdə aqressiv hisslərin güclənməsinə gətirib çıxardığını bildirib. Ş.Qədirov məruzəsində aqressiyanın səbəbləri ilə bərabər, bu problemin həlli yollarını öz çıxışında geniş şəkildə təsvir edib.

Sonra tədbirdə çıxış edən Dərgah Əliquliyev, Nəzakət İsgəndərova, Ziyadə Yusifova, Sevda İsgəndərli, eyni zamanda yeniyetmə və gənclər layihənin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə seminarların mütəşəkkil və davamlı olmalasının zəruri olduğunu bildiriblər. Seminar iştirakşılarına dəftərxana ləvazimatları və digər maarifləndirici materiallar paylanıb.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...