Modern.az

Əhəd Abıyev 100 uşağı sünnət elətdirdi (FOTOLAR)

Əhəd Abıyev 100 uşağı sünnət elətdirdi (FOTOLAR)

12 Oktyabr 2011, 15:49

Daşkəsən Rayon İcra Hakimiyyətində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirilib. Mərasimdə icra başçısı Əhəd Abıyev çıxış edərək müstəqil Azərbaycanın keçdiyi yoldan danışıb. Ə.Abıyev deyib ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı idman, bilik yarışları, inşa yazı müsabiqələri, idarə, müəssisə və təşkilatlarda dəyirmi masalar, yığıncaqlar təşkil olunub.
"Həmin tədbirlərin davamı kimi bu gün bu möhtəşəm zala ümumrayon tədbirinə toplaşmışıq. Xalqımızın adətidir, adətən bayramlara görülmüş işlər, hədiyyələrlə gəlirlər. Biz daşkəsənlilər olaraq daxili imkanalar hesabına son aylar ərzində xeyli iş görmüşük. Bayraq meydanı və istirahət parkı, “Yeni həyat” xeyir-şər evi, şəhərin küçələrin asfaltlanması, kəndlərimizi rayonla birləşdirən yolların əsaslı təmiri və tikintisi, rayon ərazisində binaların dam örtüklərinin dəyişdirilməsi, su-kanalizasiya xətlərinin nizamlanması və bünövrəsi qoyulan digər tikintilər bizə deməyə əsas verir ki, biz bayramlar bayramına - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə əli boş gəlməmişik".

Digər bir tədbirdə icra başçısının təşəbbüsü ilə Daşkəsəndə aztəminatlı ailələrdən olan 100 uşaq sünnət edilib. “Yeni Həyat” şadlıq evində kiçik toy mərasiminin iştirakçılarına ziyafət verilib. Toy mərasimində rayon İcra Hakimiyyətinin Aparatının, hüquq-mühafizə  orqanlarının, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toy mərasimindən sonra nəzərdə tutulan silsilə tədbirlərin davamı kimi Heydər Əliyev parkında el şənliyi tanınmış müğənnilər, el aşıqları  və incəsənət xadimlərinin  iştirakı ilə davam etdirilib. Şənlik atəşfəşanlıqla yekunlaşıb.

Modern.az mərasimlərdən fotoları təqdim edir.











Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...