Modern.az

Səlim Müslümov açılış etdi (FOTO)

Səlim Müslümov açılış etdi (FOTO)

14 Oktyabr 2011, 14:02

Oktyabrın 14-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabunçu rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, sığorta-pensiya sistemində aparılan uğurlu islahatlar nəticəsində 2011-cu ildə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılıb.
“Cari ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılıb. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar”.
DSMF-nin rayon şöbələrində yaradılmış yeni infrastruktur barədə məlumat verən S.Müslümov nəzərə çatdırıb ki, bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya - kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılmasına nail olunur.
DSMF sədri deyib ki, son illər Fondun 70-dən yuxarı rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib.

Sabunçu rayon İcra hakimiyyətinin başçısı Əlibaba Əliyev isə ölkədə  əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Ə.Əliyev yeni inzibati binanın istifadəyə verilməsini ölkəmizdə gedən iqtisadi inkişafın göstəricisinin nümunəsi kimi qiymətləndirib.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. S.Müslümov Fondun rayon şöbəsinin işçilərinə sığortaolunanların sayını daha da artırmaq, işləyənlərin sosial sığortaya cəlb edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...