Modern.az

Azərbaycan deputatları xarici səfərlərə yola düşürlər

Azərbaycan deputatları xarici səfərlərə yola düşürlər

14 Oktyabr 2011, 16:34

Milli Məclisin deputatıları xarici səfərlər hazırlaşırlar. Deputat Rövşən Rzayev AVRONEST  Parlament Assambleyasının prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak etmək üçün oktyabrın 16-da Belçikanın Brüssel şəhərinə səfər edəcək.

Modern.az xəbər portalının Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məlumatına görə, Gürcüstan, Ukrayna, Moldova parlamentarilərinin də qatılacağı tədbirdə qurumun prosedur qaydaları barədə sənədin müzakirəsi nəzərdə tutulub. 
Toplantıda Avronest PA-nın Bürosunun və komitələrinin səlahiyyətləri, səsvermə qaydaları, siyasi qrupların, təsisatların rolu və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 20-də başa çatacaq.

Oktyabrın 17-19-da İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev,  Fuad Muradov tədbirdə iştirak edəcəklər.
Sessiyada qurumun nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım göstərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub.
Deputatlar sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər.

Milli Məclisin deputatı Asim Mollazadə oktyabrın 15-dən 22-dək Amerika Birləşmiş Ştatlarında səfərdə olacaq.
Məlumata görə, millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşmış Monterey şəhər Şurasında qətnamənin qəbul edilməsi və Azərbaycan bayrağının qaldırılması nəzərdə tutulur. 
Səfər müddətində Asim Mollazadə həmçinin San Dieqo şəhərində Bakının Nəsimi rayonu və Svitzer Haylend qonşuluq tərəfdaşlığı layihəsinə həsr olunmuş mərasimə də qatılacaq.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...