Modern.az

İlham Əliyev Gülə və Ərdoğana başsağlığı verib

İlham Əliyev Gülə və Ərdoğana başsağlığı verib

19 Oktyabr 2011, 18:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK-nın Türkiyədə törətdiyi terror hücumları ilə bağlı Prezident Abdulal Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Məktubda Türkiyənin cənub-şərqində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəridən olduqca sarsıldığını qeyd edən İlham Əliyev bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pislədiyini, ona qarşı mübarizəni hər cür dəstəklədiyini bildirib.
“Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”-deyə İlham Əliyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...