Dəqiqədə 258 uşağın doğulduğu dünyada əhalinin sayının bu ayın sonunadək 7 milyard nəfərə çatacağı gözlənilir. Əhali sayının artmasının onların yaşayış tərzinə necə təsir edəcəyi isə hələlik məlum deyil.
Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, son 13 ildə əhalinin sayının 1 milyard artması demoqrafları belə sürətli çoxalmanın gətirəcəyi problemlər narahat edir.
Çin, Hindistan və Amerika Birləşmiş Ştatları əhali sayı ən çox olan ilk üç ölkədir. Çin 1 milyard 340 milyon nəfərlə dünya əhalisinin beşdə birinə sahibdir.
Çin əhali sayını aşağı salmaq üçün tək uşaq siyasətini həyata keçirə bilib və ölkədə doğulan uşaqların sayı azalıb. Amma bu siyasət başda qadın və kişi tarazlığının pozulması olmaqla bir çox problemləri də ortaya çıxarıb.
1 milyard 200 milyon əhalisi olan Hindistanda isə doğulanların sayı durmadan artır.
Daha çox immiqrantlar ölkəsi olaraq tanınan 310 milyonluq əhaliyə sahib ABŞ-da əhalinin sayı etnik qrupların lehinə çoxalır.
Rusiya, Yaponiya və Avropa kimi inkişaf etmiş ölkələrdə aşağı doğum nisbəti ilə birlikdə əhalinin də sayı azalır və yaşlaşma problemləri meydana çıxır.
İnsan ömrünü uzatmaq istəkləri dünyada yaşlı əhali sayının çox sürətlə artmasına səbəb olub. Yaponiya dünyanın ən tez yaşalanan ölkəsi vəziyyətindədir.
Bu ölkədə artıq ailələr övlad sahibi olmaq əvəzinə ev heyvanları saxlamağı üstün tuturlar.
Ən yaşlı əhali sayı olan 41 ölkədən 32-si Avropadadır.
Mütəxəssislər hər bölgədə sənayeləşmiş ölkələrdəki orta yaşayış tərzinə sahib olmaq istəyinin artması nəticəsində ikinci dünyaya ehtiyac olacağını bildirirlər.
Dünya əhalisinin 2015-ci ildə 8 milyar nəfərə çatacağı ehtimal olunur.
Modern.az