Modern.az

Bakıdakı orta məktəblərdə monitorinqlər başlayıb

Bakıdakı orta məktəblərdə monitorinqlər başlayıb

20 Oktyabr 2011, 14:24

Oktyabrın 20-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirilib.
Monitorinqdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə şagirdlərin dərsə davamiyyətinin monitorinqi aparılıb.
Reyd zamanı həm ibtidai, həm də yuxarı siniflərdə şagirdlərin davamiyyət faizinin yüksək olduğu (95 faizdən yuxarı) müşahidə edilib. Monitorinq qrupu, həmçinin məktəblərdə tədrisin təşkilinin bir sıra digər məsələləri ilə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Onu da qeyd edək ki, müvafiq monitorinqlərin hər həftə paytaxtın bir rayonu üzrə keçirilməsi nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...