Modern.az

Deputat Fuad Muradov Berlinə gedir

Deputat Fuad Muradov Berlinə gedir

27 Oktyabr 2011, 15:50

28 oktyabr 2011-ci il tarixində Almaniyanın Berlin şəhərində  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş   “Təhsil – Perspektivlər – Müvəffəqiyyətlər” adlı konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Almaniyadakı Nümayəndəliyi və  Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək tədbirə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov da qatılacaq. 

Millət vəkili konfrasda “Azərbaycanlı tələbə və doktorandların təhsil və həyatı və onların alman cəmiyyətinə inteqrasiyası, Almaniyadakı Azərbaycan diasporasında tələbələrin rolu” mövzusunda çıxış edəcək.

Məlumatı Modern.az-a Gənclər Təşkilatları Milli Şurasının mətbuat xidmətindən veriblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi