Modern.az

Azərbaycanlı xilasedicilər zəlzələ dağıntıları altından daha 2 nəfəri sağ çıxarıblar

Azərbaycanlı xilasedicilər zəlzələ dağıntıları altından daha 2 nəfəri sağ çıxarıblar

28 Oktyabr 2011, 10:48

Türkiyənin Van vilayətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 2 nəfər gənci Azərbaycan Fövqalada Hallar Nazirliyinin (FHN) xilasediciləri sağ çıxarıblar. Modern.az  FHN-nin rəsmi internet saytına istinadən bildirir ki, Azərbaycan xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 15 və 17 yaşlarında iki gənc xilas olunub və daha 2 cəsəd çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bununla da Azərbaycan FHN-nin xilasediciləri tərəfindən 12 nəfər xilas edilib və 54 cəsəd dağıntılar altından tapılaraq çıxarılıb  və aidiyyəti üzrə təhfil verilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi