Son məlumata görə, Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayının 550-ə, yaralıların isə 2300-ə çatdığı bildirilir. Modern.az saytının “CNN türk”ə istinadən verdiyi xəbərə görə, indiyə qədər 185 nəfər dağıntılar altından sağ çıxarılıb.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə başlayan yardım kampaniyasına 14 milyon lirə nəğd pul yığılıb.
Eyni zamanda Türkiyənin Van vilayətinə xarici ölkələrdən də yardım gəlməkdədir. İndiyə qədər Fransa 490 çadır, İtaliya 200 çadır, Rusiya 284 çadır, Qazaxıstan 60 çadır, 300 odeyal, 300 yataq və 60 qızdırıcı soba, Ukrayna 4 ədəd ümumi məqsədlər üçün çadır, İsrail isə 5 ədəd yığma ev göndərib.
Azərbaycandan isə 140 xilasedici hadisə yerində göndərilib. Bundan əlavə Azərbaycandan Türkiyəyə 250 çadır, 700 yataq, 40 generator, 5 min odeyal, 40 ədəd mətbəx ləvazimatı göndərilib.
Modern.az