Modern.az

İnkişaf Nazirliyində kollegiya iclası keçirilib

İnkişaf Nazirliyində kollegiya iclası keçirilib

Təhsil

28 Oktyabr 2011, 12:06

Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı oktyabrın 26-da İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən nazir Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, əsas infrastruktur layihələrinin icrası, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin daha sürətlə həyata keçirilməsi, sənayeləşmənin sürətləndirilməsi, yeni emal müəssisələrinin yaradılması məqsədilə əlavə kreditlərin verilməsi, kənd təsərrüfatı sahəsində hazır məhsul ixracının genişləndirilməsi, sahibkarların ixrac imkanlarının artırılması, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, sosial proqramların icrası və digər sahələrdə konkret tapşırıqların verildiyini vurğulayıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, Nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması, sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi, ixrac imkanlarının artırılması, dövlət proqramlarının icrasının sürətləndirilməsi və s. istiqamətlərdə müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alııb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama