Modern.az

Səməd Seyidova Fransanın “Fəxri legionun kavaleri” rütbəsi verilib (FOTOLAR)

Səməd Seyidova Fransanın “Fəxri legionun kavaleri” rütbəsi verilib (FOTOLAR)

Təhsil

28 Oktyabr 2011, 12:11

Oktyabrın 27-də ADU rektoru, millət vəkili, professor Səməd Seyidov Fransanın “Fəxri legionun kavaleri” rütbəsi ilə təltif edilib. Fransa səfirliyində keçirilən təqdimat mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ordeni S. Seyidova təqdim edərək Azərbaycanla Fransa arasında əlaqələrin inkişaf etməsində onun rolu olduğunu bildirib. Öz növbəsində S. Seyidov səfirə təşəkkürünü bildirib və bu mükafatı almasından məmnunluğunu dilə gətirib. Təqdimat mərasimində millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, dövlət nümayəndələri iştirak ediblər.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama