Modern.az

Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək

28 Oktyabr 2011, 14:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamentindən Modern.az-a verilən  məlumatına görə Bakıda və Abşeron yarımadasında
oktyabrın 29-da hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. 
Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış, dağlıq rayonlarda qar yağacağı, Lənkəran-Astara bölgəsində intensiv yağıntıların davam edəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək. 

Hava şəraitinin qısa icmalı gəlincə isə  yaxın 2 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama