Modern.az

“Azərsu”dan daha bir yenilik və xəbərdarlıq...

“Azərsu”dan daha bir yenilik və xəbərdarlıq...

Təhsil

28 Oktyabr 2011, 15:04


“Azərsu” Acıq Səhmdar Cəmiyyəti  elektron ödəniş sistemində daha bir yeniliyin tətbiqinə başlayıb. Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a məlumat verilib.

Bundan sonra abunəçilər içməli sudan istifadə  və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. Bunun üçün www.azersu.az saytındakı “onlayn ödəniş” bölməsini  seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla  KÖMİS və Golden Pay sistemləri vasitəsi ilə həyata keçirmək olar. Abunəçilər ödənişləri www.quick.az,  www.hesab.az  veb saytlarından istifadə etməklə, həmçinin Pay Point ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək mümkündür. Yeni ödəniş sistemlərinin tətbiqi abunəçilərin işini asanlaşdıracaq, ödəmələrdə nəzarətçilərlə təmasa son qoymaqla neqativ halları birdəfəlik aradan qaldıracaq.

“Azərsu” ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini heç bir halda nəzarətçiyə ödəməsinlər. Onlar ödənişləri bank və poçt şöbələrində, Pay Point terminallarında, internet vasitəsi ilə plastik kartlarla apara bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama