Modern.az

Deputat xaricdəki azərbaycanlı qadınların qurultayına gedib

Deputat xaricdəki azərbaycanlı qadınların qurultayına gedib

Təhsil

28 Oktyabr 2011, 15:28

Milli Məclisin deputatı Qənirə Paşayeva xaricdə yaşayan azərbaycanlı qadınların qurultayında iştirak etmək üçün İsveçdə səfərdədir.

Modern.az-ın xəbərinə görə, Stokholm şəhərində baş tutacaq tədbir bu ölkədə fəaliyyət  göstərən Azərbaycan Qadın Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan  qadınlarının  ictimai-siyasi həyatda  rolu,  onların sosial durumu müzakirə ediləcək, Cənubi Azərbaycanda   qadın hüquq və azadlıqlarının qorunması sahəsində vəziyyət barədə fikir  mübadiləsi  aparılacaq.  

Deputat müzakirə edilən məsələlərə öz münasibətini  bildirəcək, ölkəmizdə qadın hüquqları, onların müxtəlif sahələrdə qazandıqları uğurlardan söz  açacaq.

Səfər oktyabrın 30-da  başa çatacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama