Məşhur pop ifacısı Hadisə Türkiyənin “Həftə sonu” jurnalına müsahibə verib. Hadisə müsahibəsində yeni işləri, ailə, uşaq, “Avrovizya” yarışması haqqında fikirlərini bildirib. Modern.az saytı müsahibədən bir neçə maraqlı məqamı təqdim edir.
“Mənim göstərdiyim performansı bu günə kimi heç kim göstərməyib. Çox çalışdım, mənim üçün çətin bir dövr idi. Ətrafımda mənfi enerjilər olduğu üçün çətin idi”-deyən Hadisə bildirib ki, “Avroviziya” təmsilçisinin xarici dilləri bilməsi də çox vacib amildir.
“Sizi cazibədar hesab edənlərin sayı çoxdur. Cazibədar görsənmək xoşunuza gəlirmi” sualına Hadisənin cavabı belə olub:
“Əlbətdə xoşum gəlir, Mən sənətçiyəm, xüsusilə cazibədar görsənmək kimi bir niyyətim yoxdur. Ancaq özümü sevirəm, çəkinmirəm və rahatam”.
Hadisə eyni zamanda ailə qurmaq haqqında da fikirlərini bölüşüb: “Dört uşağıq, anam çox istəyir ki, biz ailə quraq. Amma mən çox işləyirəm. Ailə, uşaq, analıq... Bunlara hələ hazır deyiləm. Əvvəlcə qardaşım Muradın evlənməyini gözləyirik. Amma hər şey qismətdən asılıdır”.