Modern.az

Bakıdakı iki orta məktəbdə reyd keçirilib

Bakıdakı iki orta məktəbdə reyd keçirilib

Təhsil

28 Oktyabr 2011, 16:50

Oktyabrın 28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində növbəti monitorinq keçirilib.

Modern.az saytı xəbər verir ki, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi monitorinqin əsas məqsədi şagirdlərin dərsə davamiyyətini müəyyənləşdirmək olub.

Media nümayəndələrinin seçimi əsasında monitorinq Bakının Suraxanı rayonunun 278 və 285 nömrəli orta məktəblərində aparılıb. Monitorinq zamanı qeyd olunan təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinin yüksək olduğu məlum olub, eyni zamanda jurnalistləri maraqlandıran məsələlər cavablandırılıb.

Qeyd edək ki, monitorinq bu ilin sonunadək davam etdiriləcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama