Modern.az

"Xural" qəzetinin baş redaktorunu tutublar (YENİLƏNİB)

"Xural" qəzetinin  baş redaktorunu tutublar (YENİLƏNİB)

Təhsil

28 Oktyabr 2011, 18:53

"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bu gün saat 18:00-da tutulub. Modern.az-ın məlumatına görə, bu barədə qəzetin redaksiyası məlumat yayıb. Bildirilib ki, hadisə “Kanal-13” internet televiziyasının ofisi yaxınlığında baş verib.
Kanalda canlı efirə dəvət edilən Ə.Zeynallı son olaraq “Kanal 13”-ün aparıcısı Aynurə İmranovaya zəng edərək 2 nəfər tərəfindən zorla maşına oturdurulduğunu bildirib. Daha sonra onunla əlaqə kəsilib. Ə. Zeynallının mobil telefonuna zəng çatsa da cavab vermir.

Qeyd edək ki, iki gün öncə Ədliyyə Nazirliyi "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işinin açıldığını bildirib.
Qeyd olunub ki, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı vətəndaş Hümbətova Nüşabə Ələsgər qızının, "Azərbaycan" Nəşriyyatı və vətəndaş Ağabəy Əsgərovun, vətəndaş Vüqar Səfərlinin şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatlarla bağlı təkziblərin verilməsi və onlara dəymiş mənəvi ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı çıxarılmış 3 məhkəmə qərarının icrasından imtina edib, icra məmurları tərəfindən mütəmadi olaraq rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırıb.

“Bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılır.

***

Hadisədən sonra məlum olub ki, Ə. Zeynallın Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bunu "Xural"ın redaksiyasından bildiriblər.

«Əvəz Zeynallı hazırda Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsindədir». Bu haqda "Azadlıq" radiosuna Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib: «O həbs edilməyib. Sadəcə, idarəyə ifadəsi alınmaq üçün dəvət olunub». Amma o baş redaktorun hansı əsasla və ya kimin şikayəti əsasında idarəyə gətirildiyini deməyib. 

Bəzi məlumatlara görə, Əvəz Zeynallının deputat Gülər Əhmədovanın şikayəti əsasında idarəyə dəvət olunub.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları isə bu dəqiqələrdə «Xural» qəzetinin Arif Hacıyev küçəsi, 1926-cı məhəllədə yerləşən redaksiyasında axtarış aparırlar. Bu haqda qəzetin redaksiyasından məlumat verilib.

***
Oktyabrın 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsininin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıya Nəsimi rayon Məhkəməsində məhkəmə qurulub. Məhkəmənin qərarı ilə Ə.Zeylnallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Baş redaktor Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 (rüşvət tələb etmə) maddələri ilə ittiham olunub. Ə.Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama