Modern.az

Azərbaycanlı deputat isveçli həmkarlarına Azərbaycan həqiqətlərıni danışıb

Azərbaycanlı deputat isveçli həmkarlarına Azərbaycan həqiqətlərıni danışıb

Təhsil

29 Oktyabr 2011, 15:54

İsveçdə səfərdə olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu ölkənin Türk kökənli millət vəkili, Yaşıllar  Partiyasının parlament qrupunun rəhbəri, Partiyanın İdarə heyətinin üzvü  Mehmet  Kaplanla görüşüb.  Görüş zamanı millət vəkili Mehmet Kaplana Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəti apararaq  200 mindən çox azərbaycanlını Ermənistandakı öz tarixi ata-baba yurdlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımıları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz evinə  dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar çatdırıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin,  Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də danışan millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin də Dağlıq Qarabağ probleminin ədalətli həllində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.

Millət vəkili Qənirə Paşayeva Mehmet Kaplana Dağlıq Qarabağ problemi  ilə bağlı qətnamə layihəsi hazırlayaraq İşveç parlametinə təqdim etməsinə görə Azərbaycan, azərbaycanlı qaçqın və məcburi köçkünlər adından təşəkkürünü bildirib.  Mehmet Kaplan Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında olması, 1 milyon insanın öz ev-eşiyinə dönə bilməməsinin böyük bir ədalətsizlik olması, buna son verilməsi üçün beynəlxalq ictimayyətin öz səylərini artırmalı olması və bu istiqamətdə Azərbaycana əlindən gələn dəstəyi göstərməkdə davam edəcəyini vurğulayıb.   

Görüş zamanı müxtəlif coğrafiyalardan İsveçə gələrək bu ölkədə yaşayan Türklər, onlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva Mehmet Kaplana həmçinin Azərbaycanın inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də məlumatlar verib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.    

Millət vəkili Mehmet Kaplana Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və  materiallar da təqdim edib. Azərbaycan-İşveç Parlamentlərarası əlaqələrin inkişafının vacibliyinə xüsusi  toxunan millət  vəkili  Qənirə Paşayeva   Mehmet Kaplanı  Azərbaycana  dəvət  edib.   İndiyə qədər Azərbaycanda olmadığını deyən Mehmet Kaplan Azərbaycana gəlməkdən məmun olacağını deyib.   

Qənirə Paşayeva İsveçin millət vəkili, Avropa Birliyi Məsələləri üzrə Komitənin sədr müavini, Liberal Partiyasının İdarə Heyətinin üzvü Count Karl Peter Bastiat Hamiltonla da görüşüb.  Görüş zamanı millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, bütün müsəlman Şərqində ilk Demokratik  Respublika  qurması, ilk dəfə qadınlara seçmək və seçilmək haqqının verilməsi barədə məlumatlar verib. Qənirə Paşayeva Ermənistanın Azərbaycana qarşı apardığı tacavüzkar sityasət barədə də isveçli həmkarına ətraflı məlumat verib.
Millət vəkili Karl Hamiltona Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və  materiallar da təqdim edib. Azərbaycan-İşveç Parlamentlərarası əlaqələrin inkişafı vacibliyinə xüsusi  toxunan Qənirə Paşayeva  Karl Hamiltonu Azərbaycana dəvət edib.  İndiyə qədər Azərbaycanda olmadığını deyən Karl Hamilton dəvəti qəbul edib.

Qənirə Paşayeva Stokholmda İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhər Bələdiyyə Məclisinin üzvü Hasan Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel  və təşkilatın fəalları ilə görüşüb.

Görüşlər  zamanı millət vəkili Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasəri barədə ətraflı məlumat verib.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin,  Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də danışan millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin də Dağlıq Qarabağ probleminin ədalətli həllində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.

Millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən İsveçdə yaşayan Türk millətinin nümayəndələri Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma  erməni soyqırımı yalanlarının  qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. O, İşveçdə yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, biri-birilərinə sıx dəstək verərək çalışmalarının və Türk Dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmaların artmasının vacibliyini diqqətə çatdırıb.
İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhır Bələdiyyə  Məclisinin üzvü Hasan Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel və təşkilatın fəalları bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə  sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və  nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar veriblər.

Qənirə Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri ilə bağlı kitablar və  materiallar da təqdim edib və onları Azərbaycana  dəvət  edib.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama