Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı 31 oktyabr - 5 noyabr tarixləri aralığında Kiprdə keçiriləcək “II Kıbrıs Türk Milli Mücadiləsi və bu mücadilədə TMT-nin yeri" adlı beynəlxalq simpoziumda iştirak edəcək.
Bu barədə Modern.az-a məlumat verən M.Qasımlı bildirib ki, o, simpoziumda "Türk dünyası tarixçilərinin əməkdaşlığına dair (Azərbaycandan baxış)" mövzusunda məruzə ilə çıxış edəcək.