Modern.az

Türkün dili - Azərbaycan dili...

Türkün dili - Azərbaycan dili...

Təhsil

31 Oktyabr 2011, 13:38

rkün dili k sevgili, istəkli dil olmaz.
Bir yad dilə qatsan, bu əsil dil əsil olmaz.
(M.Şəhriyar) 
          
Bəli, doğrudan da unudulmaz şairimiz Şəhriyarın dediyi kimi, Türkün dili - Azərbaycan dili hamımızın ən istəkli, ən sevimli dili olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu dili sevməli, hörmət etməli və ən əsası bu dildə danışmalıdır. Nəinki ölkəmizin vətəndaşları və Azərbaycanda yaşayan soydaşlarımız, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar da ən azından ailə-məişət söhbətlərində,uşaqlarıyla gündəlik danışıqlarda dilimizin mütəmadi istifadəsinə xüsusi diqqət yetirməlidirlər, damarlarından türk qanı axan hər bir türk övladı dünyanın harasında olursa-olsun,öz doğma dilini unutmamalı,bu dildə sərbəst danışmağı bacarmalıdır...

Olmalıdır bütün bunlar. Çünki dil hər bir xalqın özünü xalq kimi təsdiqləməsində,öz varlığını qoruyub-saxlamasında ən vacib şərtlərdən biridir,çünki dil dövlətin dövlət olması üçün beş vacib şərtdən biridir,çünki dil birliyi ən azı iqdisadi birlik və hərbi birlik qədər önəmlidir dövlətçilikdə. Dilin önəmliliyi haqqında çoxlu sayda ziyalılar da kifayət qədər dəyərli fikirlər söyləmişlər.

Amma bu gün bu işi nə dərəcədə yerinə yetiririk, o ayrı məsələdi. Belə ki, reallıqda vəziyyət heç də ürəkaçan deyil.

Doğrudur,əvvəlcə dövlətimizin dilimizə diqqət və qayğısı xüsusi qeyd olunmalıdır. Bəlkə də dünyada heç bir dövlət dil məsələsini bu qədər diqqət mərkəzində saxlamır.Tez-tez verilən fərmanlar,çıxarılan qanunlar dilimizə dövlət qayğısını göstərən əyani nümunələrdir.Bütün dövlət idarələrində rəsmi danışıq və yazışmalar,ictimai yerlərdə-reklam lövhələrinin,obyekt adlarının yazılışında qəbul olunmuş qaydalar və qoyulmuş tələblər,radio və televiziyayanın dilinə qoyulmuş tələblər,bütün bunlar əslində dilimizə,onun inkişafına dövlətimizin nə qədər yüksək qayğı göstərdiyini göz önünə sərir.

Lakin çox təəssüflər olsun ki,dilə dövlət qayğısı nə qədər böyük olsa da,yenə də  vəziyyət ürəkaçan deyil. Yalnız dövlətin işə əl qoyması məsələni tam həll etmir,etməsi mümkün də deyil.Çünki bu hər şeydən əvvəl insanların vicdan məsələsidir.Bir vaxtlar, əsasən də, Bakı şəhərində rusların təsiri ilə, azərbaycan dilində danışanlara sanki yuxarıdan aşağı baxırdılar,rus dilində danışmaq sanki bir üstünlük,bir elitarlıq göstəricisi sayılırdı.SSRi dağıldıqdan sonra bu vəziyyət çox dəyişdi,amma nə yazıq ki,bu gün də onun izləri qalır hələ.Yenə də şəhərimizin küçələrində,ictimai nəqliyyatda belə “müasir və inkişaf etmiş” soydaşlarımıza tez-tez rast gəlirik,yenə də də rus dilində 2-3 cümlə öyrənib, yarı doğru-yarı əyri danışıb bununla guya nəyisə sərgiləməyə çalışan “azərbaycanlılar”  var sıralarımızda.Və bunu qarşısını heç bir qadağa,heç bir bir qanunla almaq mümkün deyil,çünki heç bir demokratik quruluşda kiminsə evdə və və yaxud gündəlik həyatın digər məqamlarında necə danışmağına qanunla qadağa qoymaq mümkün deyil.Bu,qeyd etdiyimiz kimi yalnız vicdan məsələsidi.Bu məsələdə müəyyən qədər ictimai qınağın da rolu böyükdür,amma təəssüflər olsun ki,hazırda  bizdə ictimai qınaq da aktiv işləmir.Görünür bu məsələnin həlli üçün hələlik əlimizdə yalnız təbliğat var,hələ ki yalnız dilimizin geniş və davamlı təbliği ilə nəyisə dəyişə və nəyəsə nail ola bilərik. Bu təbliğat işinə baxçadan,orta məktəbdən başlamaq lazımdır və bu işi universitetlərdə də davam ettirmək lazımdır.

Hamımız çox gözəl bilirik ki,hazırkı dövrdə ən güclü təbliğat vasitəsi  televiziyadır və televiziyanın bu geniş imkanlarından dilimizin təbliğatı, saflığının qorunması işində çox geniş istifadə etmək lazımdır (televiziyanın özünün dilindəki qüsurlar bir başqa problemdir), bəzi “intellektli” şəxslərə anlatmaq lazımdır ki hansısa xarici dildə baş-ayaq cümlələrlə danışmaq heç kimə baş ucalığı gətirmir,bunlar heç də üstünlük göstəricisi deyil,əksinə öz xalqına,millətinə,soy-kökünə və nəhayət öz valideyninə hörmətsizlikdir.Hamımız razıyıq ki,insan nə qədər xarici dil bilsə,o qədər yaxşıdı,amma hansısa xarici dili bilmək o demək deyil ki yerli-yersiz bu dildə danışa bilərsən.

                                                                        
Bəhruz BƏHMƏHOĞLU
BSU, Jurnalistika, magistr
e-mail: [email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama