Modern.az

Qəddafinin ölüm hesabatını hazırlayan həkim açıqlama verib

Qəddafinin ölüm hesabatını hazırlayan həkim açıqlama verib

31 Oktyabr 2011, 13:56

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, Müəmmər Qəddafinin ölüm hesabatını hazırlayan həkim Əbu Bəkir Trayna Almaniyanın “Spiegel” jurnalına açıqlamasında Liviyanın sabiq diktatorunun başından ağır yaralanmasının beyin qanamasına səbəb olduğunu bildirib. Beyindəki nəfəs almağı idarə edən mərkəzin sıxılması nəticəsində də Qəddafinin nəfəs alması çətinləşib.

Trayna onun başından bu cür ağır yaralanmasına bir mərmi və ya şarapnelin səbəb olduğunu bilmədiklərini vurğulayıb. Ancaq o yara yerinin olduqca balaca olduğunu və mərmi, yaxud şarapnel hissəsinin aşkar edilmədiyini qeyd edib.

Qəddafinin meyitinin gözlənildiyindən daha yaxşı vəziyyətdə olduğunu bildirən həkim onun bədənində nə qabırğa sınmalarına, nə də göyərmələrə rast gəlmədiklərini ifadə edib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama