Modern.az

“Gender Təhsili və Araşdırmalar Mərkəzi”nin təqdimatı olub (FOTOLAR)

“Gender Təhsili və Araşdırmalar Mərkəzi”nin  təqdimatı olub (FOTOLAR)

31 Oktyabr 2011, 15:10

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində BMT-nin İnkişaf Proqramının, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Lider Qadınlar” İctimai Birliyi tərəfindən birgə təsis olunan “Gender Təhsili və Araşdırmalar Mərkəzi”nin təqdimat mərasimi keçirilib.

Universitetin binasında yerləşən bu mərkəzin müəllimlər və tələbələr tərəfindən gender məsələləri üzrə araşdırma aparmaq potensialını artıracağı və onun sosial, iqtisadi və elmi baxımlardan uyğunluğunu təşviq edəcəyi gözlənilir.

Mərasimdə çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-nin Rezident Nümayəndəsi Fikrət Akcura gender məsələlərinin təhsil siyasətlərinə daxil edilməsi üçün bu Mərkəzin mühüm rol oynayacağını vurğulayıb. O, həmçinin, qeyd edib ki, Pedaqoji Universitet öz məzunları vasitəsilə bilikləri məktəblərdə yaya biləcəyindən, gender məsələlərinə həssas yanaşmaları və münasibətləri təşviq etmək üçün xüsusilə münasib bir yerdir.

Universitetin rektoru Yusif Məmmədov və “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edib, Azərbaycanın gələcək inkişafı üçün insan potensialının artırılmasının ən yaxşı yolu kimi gender bərabərliyinin təşviq edilməsinin əhəmiyyətini vurğulayıblar.

Layihə çərçivəsində, Universitetin bir qrup müəllimi və magistr tələbələri əsas gender konsepsiyalarına dair təlim keçəcəklər. Mərkəzdə yerləşən Gender Kitabxanası müəllimləri və tələbələri genderlə bağlı resurslara çıxış imkanı ilə təmin edəcək. Layihədə, həmçinin mövcud tədris proqramlarının gender baxımından təhlil olunmasına da dəstək göstəriləcək və mövcud tədris kurslarına gender perspektivinin də daxil edilməsinə dair məsləhətlər veriləcək.



Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama