Modern.az

Noyabrın 1-nə yağmursuz hava vəd olunub

Noyabrın 1-nə yağmursuz hava vəd olunub

31 Oktyabr 2011, 15:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumatına görə Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s, gündüz cənub küləyinin sürəti 6-11 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. 

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama