Modern.az

QHT Şurası qanun layihələrini ictimai müzakirəyə çıxarır

QHT Şurası qanun layihələrini ictimai müzakirəyə çıxarır

31 Oktyabr 2011, 15:30

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin ictimai müzakirəsini keçirir.

İlkin müzakirəyə Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununun layihəsi və  Azərbaycan Respublikasının “Peşə birlikləri haqqında” Qanununun layihəsi çıxarılır. Müzakirələrdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak edəcək.    

Qanun layihələrinin müzakirə ediləcəyi dəyirmi masa noyabrın 1-də saat 11.00-da “Park İnn” otelində keçiriləcək.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama