Oktyabrın 28-də «Buta Palace» sarayında iqtisadiyyat və biznes sahəsində təsis edilmiş «İlin şirkəti-2011» Milli mükafatının laureatlarının 6-cı təltifetmə mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, ənənəvi olaraq, təntənəli təltifetmə mərasimini açıq elan edərək mükafatın Təşkilat komitəsinin sədri İbrahim Baharov deyib: «Biz qaliblərin obyektiv surətdə müəyyənləşdirilməsi üsullarına sadiq qalırıq. “İlin şirkəti” Milli mükafatını, həmişə olduğu kimi, ciddi və fəal artım nümayiş etdirmiş, eləcə də öz sektorlarının flaqmanı hesab edilən təşkilatlar alıb. Bu nüfuzlu mükafatın təqdim olunması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasının, eləcə də milli biznesin müsbət imicinin formalaşdırılmasının təzahürüdür. Bütün laureatları təbrik edir və onlara gələcək peşə fəaliyyətində uğurlar arzulayıram”.
«İlin şirkəti-2011» mükafatının sahiblərinin siyahısı aşağıda göstərilir:
1 | Azercell Telekom | İlin telekommunikasiya şirkəti |
2 | AzVirt | Yol inşaatı |
3 | Embawood | İlin brendi |
4 | Aqrolizinq | İlin lizinq şirkəti |
5 | Agrointer | Ağır texnika və avadanlıqlar |
6 | Bakı Beynəlxalq Dəniz Ticarət Limanı | Dəniz ticarət limanı |
7 | VERTİ MMC ThyssenKrupp | Keyfiyyət nişanı. Yükqaldırıcı qurğular |
8 | Gök-Nur Bakı LTD | Kabel və kabel kanallarının istehsalı |
9 | İnter Glass | Şüşə sənayesi |
10 | "Ulduz" şokolad fabriki | İlin keyfiyyətli məhsulu |
11 | Fab Boya | Boya istehsalı |
12 | Spark | Beton istehsalı |
13 | Kənan İnşaat və Ticarət BM | Beynəlxalq nüfuz |
14 | Atena MMC | Süd və süd məhsullarının istehsalı |
15 | Titan Group | Sənaye və ticarət avadanlıqlarının istehsalı |
16 | Polar Group | Yerüstü daşımalar |
17 | Abdi Ibrahim Ilac Sanayi ve Ticaret | İlin əczaçılıq şirkəti |
18 | "Bioloji Təbabət" klinikası | İlin özəl tibb müəssisəsi |
19 | "Alpari"-nin rəsmi tərəfdaşı | Dünya brendləri Azərbaycanda |
20 | Xəzər TV | İlin televiziya şirkəti |
21 | Day.Az | İlin media şirkəti |
22 | Media FM | İlin radio şirkəti |
23 | Soliton | İlin mağazalar şəbəkəsi |
24 | Romantic | Geyim mağazalar şəbəkəsi |
25 | Neoclass | Eksklüziv keramika və hamam aksessuarları |
26 | Muya | İlin brendi |
27 | Femina | Xəz-dəri mərkəzi |
28 | Alyans Tekstil | Əməyin qorunması vasitələri və personalın təhlükəsizliyi |
29 | Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi XXI əsr | İlin ümumtəhsil mərkəzi |
30 | Euro Design | Memarlıq və dizayn |
31 | AİF-ESS Control | Təhlükəsizlik sistemləri və avadanlığı |
32 | MDM MMC | Memar dizayner və mühəndislər qrupu |
Xatırladaq ki, biznes sahəsində «İlin şirkəti-2011» Milli mükafatı, Azərbaycanın ilk işgüzar analitik-informasiya nəşri olan Consulting&Business jurnalı tərəfindən təsis olunub. Bu nüfuzlu mükafat Azərbaycan bazarının ən dinamik iştirakçılarına təqdim olunur və aparıcı şirkətlərin uğurlu fəaliyyətini qeyd etməyə imkan yaradır.
Modern.az