Modern.az

YUNESKO-da “Arşın mal alan”ın 100 illiyi qeyd olunacaq

YUNESKO-da “Arşın mal alan”ın 100 illiyi qeyd olunacaq

31 Oktyabr 2011, 16:44

YUNESKO Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, Səyid Yəhya Bakuvinin vəfatının 550 illiyi və Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi YUNESKO çərçivəsində qeyd ediləcək.

Modern.az xəbər verir ki, bu qərar 2011-ci il sentyabr ayının 30-da YUNESKO İcraiyyə Şurasının 187-ci sessiyasında yekdilliklə təsdiq edilərək YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.

Azərbaycanın mədəniyyətini, ədəbiyyatını musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu yubileylərin qeyd olunması ilə əlaqədar Azərbaycanda, xarici ölkələrdə və YUNESKO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, YUNESKO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama