Modern.az

Nazirlik işəgötürənlərə 334950 manat cərimə kəsib

Nazirlik işəgötürənlərə 334950 manat cərimə kəsib

31 Oktyabr 2011, 17:20

2011-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun yerli orqanları tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 4037 müəssisədə dövlət nəzarəti həyata keçirilib, 2851 ərizə araşdırılıb. Qeyd olunan müddətdə iş yerlərində 9896 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hallarla bağlı qanunauyğun tədbirlər görülüb və aşkar olunmuş inzibati xətalara görə işəgötürənlərə ümumilikdə 334950  manat cərimə tətbiq olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, qeyd olunan müddətdə qeyri-rəsmi əmək münasibətlərinə işə cəlb edilmiş 1615 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. 
     
Vətəndaşlara ödətdirilməsi təmin edilmiş sosial ödənişlərin ümumi məbləği 713 852 manat olub  ki, bu məbləğin 368 655 manatını əmək haqları, 310 913 manatını zərərə görə ödənclər, 34 284 manatını sosial müavinət və kompensasiyalar təşkil edib. Qeyd olunan müddətdə işdən qanunvericiliyin tələbləri pozularaq azad edilməsi müəyyən edilmiş  119 nəfərin  öz əvvəlki işinə qaytarılması təmin olunub.

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı müəssisə, idarə, təşkilatlardan və sahibkarlıqla məşğul olan şəxslərdən daxil olmuş çoxsaylı yazılı və şifahi müraciətlərlə əlaqədar onlara lazımı metodiki kömək göstərilib.

İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən həyata keçirilən tədbirlər 2011-ci ilin 9 ayında da davam etdirilib.

Qeyd olunan müddətdə Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən 20904 münasib işlərlə təmin edilib, həmçinin 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilib. Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunub.

Bakı, Sumqayıt,  Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən «Əmək Birjaları» tərəfindən 2 976 nəfər işsiz vətəndaş, o cümlədən 1661 nəfər qadın, 1377 nəfər gənc, 107 nəfər qaçqın və məcburi köçkün, 23 nəfər əlil müvəqqəti xarakterli işlərə göndərilib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama