Modern.az

Etibar Məmmədov Londona gedir

Etibar Məmmədov Londona gedir

31 Oktyabr 2011, 18:30

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (The Alliance of European Conservatives and Reformists AECR)  Baş Katibi, Avropa Parlamentinin deputatı, Daniel Hannanın dəvəti ilə Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Alyansın 11 noyabr 2011-ci il tarixdə Böyük Britaniyada  keçiriləcək qurultayında iştirak etmək üçün Londona rəsmi səfər edəcək. 
AMIP-in mətbuat xidmətindən verilən məlumata görə, alyansın qurultayında  Avropadan olan azad sahibkarlıq, məhdudlaşdırılmış hakimiyyət və etnik dövlətçiliyə inanan üzv sağ-mərkəzçi partiyalar bir araya gələcək və “Avropanın maliyyə böhranını necə həll etmək yolları”  mövzusunda müzakirələr aparacaqlar.

Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropa İttifaqının islahatlar kampaniyasını aparır və mühafizəkar dəyərləri yaymaq məqsədini daşıyır. Alyans Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu qismində Avropa Parlamentinin tarixində ilk dəfə müxalifət qrupu kimi fəaliyyət göstərir və Avropanın bir sıra qabaqcıl ölkələrinın  nüfuzlu partiyalarını özündə birləşdirir.

Həmçinin, Avropa İttifaqının müxtəlif üzv dövlətlərindən olan 7 siyasi partiya Praqa Prinsiplərini imzalayıb. Bu qətnamədə göstərilmiş məqsədləri həyata keçirməkdən ötrü partiyalar ümumi strategiyalar işləyiblər və Avropa Parlamentində yeni Avro-realist Siyasi Qrupun əsasını qoyublar.

AMİP lideri Etibar Məmmədov dünyanın 60-dan çox ölkəsinin 87 sağ-mərkəzçi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının  9-10 noyabrda Böyük Britaniyada keçiriləcək Liderlərin Zirvə Toplantısında da  iştirak edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama