Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 1988-ci ildə vəfat edmiş atası Ahmet Ərdoğanın qəbiri Kulaksız qəbirsistanlığından köçürülüb. Baş nazirin atası bu ilin oktyabrın 7-də vəfat edən anası Tənzilə Ərdoğanın Karacaahmet məzarlığındakı qəbrinin yanında dəfn edilib.
Türkiyə mətbuatının yazdığına görə, Ərdoğanın anası Tənzilə Ərdoğan həyatını dəyişdikdən sonra onun həyat yoldaşnın uyuduğu qəbiristanlıqda dəfn edilməsi gözlənilirmiş.
Ancaq bunun əksi olub.
Hacı Ahmet Ərdoğanın nəşi Kulaksız məzarlığından alınaraq Karacaahmetde həyat yoldaşının yanında dəfn edilib.
İstanbula hər gəlişində Karacaahmet Məzarlığına geden Ərdoğan sonuncu dəfə 30 oktyabrda Karacaahmet Məzarlığını ziyaret edərək ana və atasının ruhuna Fatihə oxutdurub.
Modern.az