Modern.az

Türkiyə Böyük Millət Məclisi qərar verdi: 5 ölkə ilə dostluq qrupu yaradılmayacaq (SIYAHI)

Türkiyə Böyük Millət Məclisi qərar verdi: 5 ölkə ilə dostluq qrupu yaradılmayacaq (SIYAHI)

1 Noyabr 2011, 12:56

Türkiyə Böyük Millət Məclisi (TBMM) 5 ölkə ilə dostluq qrupu yaratmamağı qərara alıb. Modern.az-ın məlumatına görə, Türkiyənin İsrail, Suriya, Liviya, Yunanıstan və Özbəkistanla dostluq qrupu olmayacaq.

Türkiyə Böyük Millət Məclisində keçmiş dövrlərdə olduğu kimi  ABŞ, Əfqanıstan, Almaniya, Argentina, Albaniya, Avstraliya, Avstriya, Azərbaycan, Bəhreyn, Banqladeş, Belarus, Belçika, Birləşmiş Ərəb Əmrlikləri, Bosniya-Hersoqovina, Braziliya, Bolqarıstan, Əlcəzair, Cibuti, Çexiya, Çin, İndoneziya, Estonya, Efiopiya, Mərakeş, Filippin, Fələstin, Finlandiyə, Fransa, Qana, Cənub Afrika Respublikası, Cənubi Koreya, Gürcüstan, Xorvatiya, Hindistan, Hollandiya, İraq, İngiltərə, İran, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İslandiya, Yamayka, Yaponiya, Kamerun, Kanada, Çernoqoriya, Qatar, Qazaxıstan, Keniya, Qırğızıstan, Şimal Kipr Türk Respublikası, Kolumbiya, Kosova, Kosta-Rika, Konqo Demokratik Respublikası, Küveyt, Kuba, Litva, Latviya, Livan, Macarıstan, Makedoniya, Malayziya, Mali, Meksika, Misir, Monqolustan, Moldova, Niger, Nigeriya, Norveç, Oman, Pakistan, Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Seneqal, Serbiya, Singapur, Slovakya, Slovenya, Sri-Lanka, Sudan, Səudiyyə Ərəbistanı, Çili, Tacikistan, Tanzaniya, Tayland, Tunis, Uqanda, Ukrayna, Uruquay, İordaniya, Venesuela, Vyetnam, Yəmən və Yeni Zellandiya ilə dostluq qrupu təkrar qurulacaq.

Bundan başqa, Bolivya, Danimarka, Mozambik, Somali və Türkmənistanla da ilk dəfə parlamentlərarası dostluq qrupu yaradılacaq.

Türkiyənin yeni səfirlik açdığı və ya açma müddətində olduğu Anqola, Burkina-Faso, Fil dişi Sahili, Qabon, Qambiya, Qayana, Mavritaniya , Namibya və Zambiya ilə də dostluq qrupu qurulacaq.

İkili əlaqələrin müsbət bir məcrada inkişaf etdiyi və Lüksemburq və Malta ilə, eləcə də Ekvador və Paraqvayla da dostluq qrupu yaradılacaq.

Son günlərdə sürətlə inkişaf edən regional hadisələr nəticəsində İsrail və Suriya ilə bu mərhələdə parlamentlərarası dostluq qrupu qurulmayacaq.

Liviyada parlament hələ qurulmadığı üçün həmin ölkə ilə də dostluq qrupu formalaşdırlmayacaq. Yunanıstan parlamentində Türkiyə ilə dostluq qrupu olmaması səbəbiylə türkiyə də qarşılıqlı olaraq bu ölkəylə dostluq qrupu yaratmır.
Özbəkistanla da dostluq qrupu qurulmayacaq. Bunun  səbəbi açıqlanmır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu