Modern.az

Milli Məclisdə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

Milli Məclisdə TÜRKPA-nın Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci toplantısı keçiriləcək

2 Noyabr 2011, 12:46

3-4 noyabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 1-ci iclası Bakı şəhərində baş tutacaq. Bu barədə Modern.az-a TÜRKPA Katibliyindən məlumat verilib.

Milli Məclisdə keçiriləcək iclasda “TÜRKPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” mövzusu müzakirəyə çıxarılacaq. Beynəlxalq Əlaqələr Komissiyasının sədri Əhliman Əmiraslanovun, Qazaxıstan, Türkiyə və Qırğızıstandan iştirak edəcək komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.

Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərovun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur. Komissiyanın  iclasında, TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək 3-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə beynəlxalq əlaqələr sahəsində görülmüş işlər barədə-hesabat sənədi və gələcək fəaliyyət üçün təkliflər paketinin qəbul edilməsi qözlənilir.

Həmçinin Komissiyanın 2-ci iclasının yeri, tarixi  və gündəliyi müəyyənləşdiriləcək. Komissiyanın iclasında TÜRKPA Baş katibi Ramil Həsənovun çıxış etməsi və təşkilatın fəaliyyəti ilə bağlı  komissiya üzvlərinə məlumat verməsi də planlaşdırılır.

Eyni gün Azərbaycan Respublikası Milli Məclisinin sədri, TÜRKPA Assambleya şurasının üzvü Oqtay Əsədovun qonaqları qəbul etməsi də nəzərdə tutulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama