Modern.az

Ramil Usubov Sergey Stepaşini qəbul edib

Ramil Usubov Sergey Stepaşini qəbul edib

2 Noyabr 2011, 14:12

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan nazir kriminogen durumla bağlı məlumat verib, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrdən danışıb.  

Rusiya Federasiyası Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirib, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini deyib.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama