Modern.az

Deputat seçicilərlə görüşüb

Deputat seçicilərlə görüşüb

2 Noyabr 2011, 16:51

41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı Leyla Abdullayeva Qurban bayramı ərəfəsində Sumqayıt şəhər 6 saylı “Nur” Körpələr Evində olub. Deputatın qərargahından Modern.az-a bildirilib ki, Körpələr Evinin kollektivi ilə söhbət edən L.Abdullayeva  dövlətin, Heydər Əliyev Fondunun humanitar fəaliyyətindən bəhs edib, Qurban bayramı münasibətilə seçiciləri təbrik edib. Deputat seçicilərinin problemlərini də dinləyib. Sonda görüş iştirakçılarına bayram sovqatları paylanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama