Modern.az

Sabah yağışlı hava gözlənilir

Sabah yağışlı hava gözlənilir

2 Noyabr 2011, 16:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə az yağışlı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 3-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama