Modern.az

Zəlimxan Yaqubun səhhəti düzəlməyib

Zəlimxan Yaqubun səhhəti düzəlməyib

2 Noyabr 2011, 18:03

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub səhhətindəki ciddi problemlərdən əziyyət çəkir. Bu barədə məlumatı Modern.az-a xalq şairinin özü deyib.

Xəstəliyə ilə əlaqədar bədəninin hələ zəif olduğunu deyən Zəlimxan Yaqub danışmağa halının olmadığını bildirib. Hazırda ev şəraitində müalicəsini davam etdirdiyini söyləyən xalq şairi həftədə 3 dəfə də xəstəxanaya gedir.

Xatırladaq ki, bir müddət əvvəl xalq şairi böyrəklərində qanaxma keçirdiyinə görə, Almaniyanın Hannover şəhərindəki xəstəxanaların birində müalicə almışdı.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama