Noyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı İngilis dili fakültəsinin professor – müəllim heyəti və İngilis dilinin leksikologiyası kafedrasının əməkdaşları, həmçinin tələbələr qocalar evində olublar.
ADU Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Qurban bayramı münasibətilə kimsəsiz qocalara baş çəkən universitet əməkdaşları onlara bayram sovqatı, isti paltar aparıblar. Tələbələr hazırladıqları musiqi və rəqs nümunələrini də təqdim ediblər.
Modern.az