Modern.az

Azərbaycanlılar və ermənilər Berlində görüşəcəklər

Azərbaycanlılar və ermənilər Berlində görüşəcəklər

Təhsil

10 Noyabr 2011, 13:58

Noyabrın 28-də Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulub. Bu barədə jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.

R.Rzayev bildirib ki, onlar daim belə görüşlərin keçirilməsinə çalışırlar. Lakin buna mane olan qüvvələr var.
"Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik. Berlində keçiriləcək görüşə də erməni icmasının qatılmayacağı barədə məlumatlar var. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışmışıq və onlar bu görüşün baş tutacağını bildiriblər".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama