Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin iclasının gündəliyinə salınıb.
Bu barədə Modern.az-a “İnsan Haqları Uğrunda” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, toplantıda Azərbaycandakı vəziyyətdən əlavə, İnsan Haqları üzrə Avropa Konvensiyanın AŞ-ya üzv ölkələdə nüfuzu və təsiri, Avropa Konvensiyasının protokoluna milli azlıqlarla bağlı əlavələrin müzakirəsi, Bolqarıstanda qaraçıların vəziyyəti və sair məsələlər müzakirəyə çıxarılacaq.
Azərbaycan məsələsi Paris vaxtı ilə saat 15.00-də müzakirə olunacaq. Məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra tədbirə ekspert qismində dəvət olunmuş “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev çıxış edəcək.
Modern.az