Qısa müddətdə Bakıda böyük populyarlıq qazanan Nıssan Micra NISSAN salonlarında çox sərfəli kredit şərtləri ilə təklif olunur. İndi kompakt və qənaətcil avtomobil almaq istəyənlər 16% illik bank faizi olmaqla, bütün xərclər daxil 2500 AZN ilkin ödəniş etməklə Nissan Micra sahibi ola bilərlər. Sığorta Nurgün Motors-dan hədiyyə olunur.
80 at gücünə malik 1.2 litrlik benzin mühərriki Nissan Micra-ya şəhərin dolanbac və tıxaclı küçələrində əl-qol açmağa geniş imkanlar yaradır. Ətraf mühitə zərərli tullantısı 95 qrama endirilmiş, qənaətcil (100 km məsafəyə təxminən 5 litr yanacaq sərfiyyatı ilə) 3 slindirli benzin mühərriki onu hər kəsin ekoloji “dostu”na çevirib.
Yeni Nissan Micra-nın interyerinin bənzərsiz dizaynını funksional özəllikləri dəstəkləyir. Ön qapıların şüşəqaldıranları, sükanın hidravlik gücləndiricisi və maili tənzimlənməsi salonun ayrılmaz atributlarıdır. Sürücü və ön sərnişinin əyləşdiyi oturacaqlar mexaniki tənzimlənmə imkanına malikdir. Micra ilə səyahət isti yay günlərində belə qorxulu deyil. Avtomobilin məxsus olduğu mexaniki kondisioner interyerin lazımi həddə qədər soyudulmasını təmin edir. Mərkəzi konsolda arxa və ön sərnişinlər üçün stəkanaltılar, qapılarda xırda əşyalar üçün ciblər, ön və arxa sərnişinlər üçün başaltlıqları, ön sərnişinlər üçün mərkəzi qoltuqaltı Micra-nın funksional interyerini tamamlayır.
Yeni Nissan Micra-da təhlükəsizlik hər zaman ön plandadır. Sürücü və sərnişinlər üçün yan təhlükəsizlik yastıqları, 3 düyməli təhlükəsizlik kəməri, uşaqların təhlükəsizliyi üçün arxa qapıların bloklanması, mərkəzi kilid və pult ailəliklə əyləşdiyiniz Nissan Micra-da özünüzü hər an təhlükəsiz hiss etməyinizə zəmin yaradır.
“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NISSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb.