Modern.az

Rusiya Ermənistanla döyüş təlimlərinə başlayıb

Rusiya Ermənistanla döyüş təlimlərinə başlayıb

Təhsil

13 Noyabr 2011, 21:07


Ermənistan ordusu ilə bu ölkədə yerləşən rus qoşunlarının birgə hərbi təlimləri başlanıb. Modern.az Rusiyanın “Krasnaya zvezda” qəzetinə istinadən bildirir ki, Alagöz poliqonunda keçirilən döyüş təlimləri dağlıq yerlərdə hərbi əməliyyatlar zamanı birgə hərəkət və döyüşlərin aparılmasının təşkilinə həsr edilib. 
Təlimlərdə Rusiyanın 102-ci hərbi bazasının BMP-2, T-72B tankları, artilerriya və HHQ qüvvələri iştirak edir. Ermənistan tərəfdən isə hərbi təlimlərdə motoatıcı batalyon, motoatıcı alay, xüsusi təyinatlılar və hərbi hava qüvvələri qatılıb. Bötövlükdə təlimlərə 2000-nə yaxın erməni və rus hərbiçisi cəlb edilib. 
Döyüş təlimlərinin əsas məqsədi dağlıq yerlərdə müharibə aparılmasının şərtlərini və taktiki planlarını birgə müəyyən etməkdir.

Bu təlimlər son günlər regionda müşahidə olunan gərgin atmosferin fonunda başlanması bir sıra suallar doğurur. Moskvanın Azərbaycanın son zamanlar apardığı xarici siyasi kursla bağlı narazılığı ortadadır və Cənubi Qafqazda Vaşinqtonun maraqlarının güclənməsini qəbul etməyəciynə dair mesajlar verir. 
Rusiyanın egidası altında son illərdə Dağlıq Qarabağla bağlı aparılan danışqıların iflası Kremli qəzəbləndirib. Bunun müqabilində Qarabağ münaqişəsinin tənzimlənməsi üçün rıçaqların ATƏT və ABŞ-a keçmə cəhdlərini Moskva qəbul etmək istəmir və regionda söz yiyəsi olmasını nümayiş etdirir.

Bu hərbi təlimlər də psixoloji müharibənin təzahürlərindən hesab edilə bilər.

X.SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama