Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il maliyyə yardımı müsabiqəsinin mövzularını və qaydalarını müzakirə edəcək.
Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olub.
Tədbirdə qeyd edilən mövzuda müzakirələr aparılacaq, ayrı-ayrı QHT rəhbərlərinin təklifləri dinləniləcək.
Qeyd edək ki, tədbir 16 noyabr 2011-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək.
Modern.az